Ərəb ölkələri vahid ordu yaradır

Ərəb ölkələrinin xarici işlər nazirləri ortaq ordunun yaradılmasına dair qətnamə layihəsini bəyəniblər. Musavat.com-un məlumatına görə, bu barədə “Reuters” Misir televiziyasına istinadən xəbər yayıb.
 
Xəbərdə deyilir ki, XİN başçıları bir ay müddətində vahid ordu yaradılması üçün Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibinə müraciət ediblər. 
 
Vahid ordu təhlükəsizliyə hədələri sürətli hərbi müdaxilə yolu ilə dəf eləmək üçün nəzərdə tutulub.
 
Qeyd edək ki, Səudiyyə rejimi bir neçə ərəb ölkəsi ilə ötən gün Yəmənə hücum edib. Ərəb Dövlətlər Liqası da Səudiyyə rejiminin bu təcavüzünü dəstəkləyir.  /
 

Google+ WhatsApp ok.ru