Ənsarullah sözçüsü: Yəmən xalqı ölkənin şimalından cənubuna qədər bütün şəhərlərə tam nəzarət edir

Yəmən xalqı, ordusu və qəbilələri Ali-Səud, Əl-Qaidə və onların yerli muzdurları ilə mübarizədə vahid cəbhədə yer alıb və Ərəbistanın Yəmənə olan təcavüzlərinə möhkəm cavab verəcəklər. Bu sözləri Yəmən Ənsarullah hərəkatının sözüçsü Zeyfullah Şami deyib.
Maide.az xəbər verir ki, Z. Şami deyib: Səudiyyəlilərin Yəmənə hücumları İsrail və Amerikanın əmri ilə baş tutur və Yəmən xalqı bu təcavüzlər qarşısında müqavimət göstərəcək. " Hazırda şəxsi və qəbiləvi ixtilaflar tamamilə unudulub və hamı təcavüzkarlar ilə mübarizəyə hazırdır. Xalq, ordu və qəbilələr vahid cəbhədə yer alaraq, Ərəbistan sərhədlərində təcavüzkar qarşısında bir araya gəliblər."
Z. Şami əlavə edib ki, Yəmən xalqı ölkənin şimalından cənubuna qədər bütün şəhərlərə tam nəzarət edir və hər növ təhdidə qarşı istər daxili və istərsə xarici təhdidlə mübarizə aparır./
 

Google+ WhatsApp ok.ru