Ədəndə qarşıdurmalar yenidən başlayıb

Yəməndə Ədən doğru irəliləyən Husi Ənsarullah Hərəkatı və Yəmən ordusu ölkədən qaçan prezident Abdurabbu Mansur Hadini dəstəkləyən "Cənub Hərəkatı" qüvvələri arasında qarşıdurmaların yenidən başladığı bildirilir.
 
Maide.az yerli mənbələrə istinadən xəbər verir ki,  şəhərin şimalındakı Mənsura, şərq hissəsindəki Ariş və orta hissəsində yer alan Hurmaksar bölgələrində gedən döyüşlərdə ağır və yüngül silahların yanaşı, tankların istifadə edildiyi qeyd edilir.
 
Bu arada isə Səud rejiminin başında durduğu koalisiya qüvvələri Səudiyyə Ərəbistanı sərhədindəki Husi hədəflərini bombalayıb.

Google+ WhatsApp ok.ru