Ədən ordu və Xalq Komitələrinin nəzarətindədir

Yəmənin cənubundakı Ədən şəhərinin böyük bir hissəsinin Yəmən ordusu və Xalq Komitələrinin nəzarətinə keçdiyi bildirilir.
 
Maide.az "Əl-Aləm" televiziyasına istinadən xəbər verir ki, Səudiyyə koalisiyanın hava zərbələrinə baxmayaraq Ədənin böyük hissəsinin nəzarətini itirən Mənsur Hadi tərəfdarları ilə təkfirçi qrupların qaçıb.
 
Xəbərdə bildirilir ki, Yəmən ordusu və Xalq Komitələrinin Ədən şəhərinin böyük bir hissəsini nəzarət altına alıblar və bu gün də strateji əhəmiyyətə malik Cəbəl Hədid və Bədr hərbi bazası ələ keçirilib.
 
Ədəndəki Mansur Hadi və təkfirçi qrupların böyük bir hissəsinin qaçdığının bildirildiyi xəbərdə Yəmən ordusu və Ənsarullaha bağlı Xalq Komitələrinin Mərib şəhərində Hureyb bölgəsini də nəzarət altına aldığı və Şebva şəhərinə doğru irəlilədiyi deyilir.

Google+ WhatsApp ok.ru