Ərəbistanın Sənaya qarşı hava hücumları davam edir

Ərəbistanın başçılığı altda olan koalisiyanın qırıcıları Yəmənə qarşı hava hücumlarının davamında dünən gecə də bu ölkənin paytaxtı Sənanın müxtəlif məntəqələrini bombalayıblar.
 
Maide.az xəbər verir ki, şahidlərin sözlərinə görə, qırıcılar dünən gecəki hava hücumlarında Sənadakı yanacaq anbarlarını, eləcə də paytaxtın qərbindəki Əlsəbahə və Cərban məntəqələrində bir neçə anbarı bombalayıblar.
 
Şahidlər və yerli mənbələr bu hücumların detallarına və onun xəsarət və tələfatının miqdarı barədə məlumatsızdırlar. 
 
Ərəbistanın və regional koalisiyanın Yəmənin xalq inqilabına qarşı hərbi təcavüzü martın 26-dan başlanıb və davam etməkdədir.
 
Statistikalara görə, bu hücumlarda 150-dən yuxarı uşaq həlak olub.

Google+ WhatsApp ok.ru