Ərəbistanın Yəmənə qarşı hava hücumları davam edir

Ərəbistanın Yəmənə təcavüzü on yeddinci günə daxil olub.
 
Maide.az xəbər verir ki, Ərəbistan qırıcıları bu gün bir daha Yəmənin paytaxtı Səna şəhərini bombalayıblar.
 
Məlumata görə, Sənadakı bir hava bazası Ərəbistan qırıcılarının hücumlarında hədəfə alınıb. 
 
Ərəbistan qırıcıları habelə Yəmənin şimal-qərbindəki Cuf vilayətini bombalayıblar. Yerli şahidlər deyiblər ki, Ərəbistan qırıcıları Ədən şəhərinin bir sıra məntəqələrini, o cümlədən bir idman kompleksi və bir neçə yoxlama-buraxılış məntəqəsini hədəfə alıblar. 
 
Ərəbistan martın iyirmi altınsından Yəmənə qarşı hücumlara başlayıb. Ərəbistanın Yəmənə qarşı hücumlarında həlak olanların sayı təqribən doqquz yüz, yaralıların miqdarı isə min yeddi yüz nəfərdən yuxarıdır.

Google+ WhatsApp ok.ru