Əfxəm: Yəmən böhranı hərbi həll yoluna malik deyil

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü xoşagəlməz Ciddə hadisəsi ilə bağlı həssaslığın bütün müsəlmanlara aid olduğunu bildirərək, Ərəbistan dövlətinin bu xoşagəlməz məsələni dərhal və həssaslıqla izləməli olduğunu bildirib.
 
Mərziyyə Əfxəm çərşənbə günü öz həftəlik brifinqində deyib: Ərəbistan dövləti Ciddə hava limanında iranlı zəvvarlara təcavüzün edilməsi məsələsini araşdırmalı və bu xoşagəlməz hadisəyə görə məsuliyyət daşıyan tərəfləri öz qanunları əsasında cəzalandırmalıdır. Bu bizim tələbimizdir və tam aydın formada bəyan etmişik. 
 
Mərziyyə Əfxəm daha sonra deyib: Bu məsələ İran səfirliyi vasitəsilə siyasi müstəvidə izlənilib və məsələ ilə bağlı mövqeyimiz Ərəbistan rəsmilərinin diqqətinə çatdırılıb. 
İran Xarici İşlər Nazirliyinin sözçüsü daha sonra Yəmən olaylarına münasibət bildirib: Yəmən böhranının hərbi həll yolu yoxdur və danışıqlar yolu ilə həll edilməlidir. 
 
M.Əfxəm həmçinin ABŞ Senatının nüvə anlaşmasına nəzarətlə bağlı qanun layihəsi barədə də deyib: Biz dövlətlər ilə müzakirə aparırıq və bizim müqabil tərəfimiz dövlətlərdir. Beynəlxalq qanunlara görə, öhdəliklərini icra edən tərəf dövlətlərdir və əldə olunması ehtimal olunan hər bir anlaşma öhdəlik yaradarsa, dövlətlər onu icra etməlidirlər.

Google+ WhatsApp ok.ru