Ərəbistan beynəlxalq müraciətə etinasızlıq edir

Maide.az-ın verdiyi məlumata görə, Yəmən Milli Demokratik Koalisiyasına üzv partiyalar bəyanat yayaraq, Ərəbistanın Yəmənə hücumunun davam etməsi və günahsız yəmənlilərin qırğınına israr etməsini pisləyiblər. 
 
Bəyanatda bildirilir ki, Ərəbistan Yəmənin hərbi hücumlarını dayandırmaq üzrə beynəlxalq müraciətə etinasızlıq edir, Yəmənin ərazi bütövlüyü və müstəqilliyini pozur və Yəmənin tam şəkildə dağıdılmasını istəyir. 
 
Bəyanatda həmçinin deyilir: "Ərəbistan bütün sərhədləri tapdalayıb və bütün dünyanın gözü qarşısında ara vermədən yaşayış massivləri və qeyri-hərbi mərkəzləri bombardman edir. Hücumları ilə yüzlərlə insanın həyatına son qoyur." 
 
Ərəbistan qırıcılarının dünən Sənaya hücumlarında 40-dan çox yəmənli şəhid olub, yüzlərlə nəfər də yaralanıb.

Google+ WhatsApp ok.ru