Ərəbistanın Yəmənə qarş yeni hücumlarında onlarla nəfər həlak olub

Ərəbistanın Yəmənin müxtəlif məntəqələrinə qarşı yeni hücumları onlarla nəfərin həyatına son qoyub.
 
Maide.az-ın "Frans-Press"ə istinadən məlumatına görə, Yəməndə atəşkəsin elan olunmasına rəğmən, Ərəbistan dünən Yəmənin cənubu və mərkəzindəki müxtəlif məntəqələrə, o cümlədən Təəz, İb, Əbin, Ədən və Əlbiyzaya qarşı hava hücumları ilə azı 23 yəmənlini öldürüblər. 
 
Ərəbistan qırıcıları İb vilayətində bir neçə məntəqəyə də hücum ediblər ki, bu da tədris və təhlükəsizlik binalarının dağılması ilə nəticələnib. 
 
Ərəbistan qırıcıları bu gün də Yəmənin paytaxtı Sənanın üzərində uçublar. Yəmən ordusu və Ənsarullah xalq hərəkatının hava hücumundan müdafiə qüvvələri onlara cavab verməkdədirlər. 
 
Digər bir xəbərə görə, Yəmənin şimalındakı Səədə vilayətinin başçıları bu vilayəti müharibədən zərər çəkmiş məntəqə adlandırıb və bu vilayət əhasinə təcili yardımın göndərilməsini istəyiblər. 
 
Səədə vilayətinin hökumət və qeyri-hökumət təsisatları, yanacaqdoldurma məntəqələri, yol və nəqliyyat, rabitə, qaz, elektrik və su kimi bütün bölmələr bu hücumlarda hədəfə alınıblar. 
 
Yerli məsul şəxslər deyiblər ki, çoxunu uşaq və qadının təşkil etdiyi 250 mülki şəxs həlak olub, yüzlərlə nəfər yaralanıb, təqribən 300 min nəfər də Yəmənin digər məntəqələrinə didərgin düşüb.
 
Səədə vilayətinin başçıları beynəlxalq humanitar və yardım orqanları və hüquq təşkilatlarından istəyiblər ki, bu vilayətin və onun sakinlərinin insan faciəsindən nicat tapmaları üçün təcili addım atsınlar.
 
"Human Rights Watch" təşkilatı da bildirib ki, Ərəbistanın aprelin 18-də Səədə şəhərində humanitar yardımlar anbarına qarşı hücumları müharibə qanunlarının aşkarcasına pozulması deməkdir.

Google+ WhatsApp ok.ru