Ənsarullah: Səudun hücumlarına cavabımız çox ağır olacaq

Ənsarullah Hərəkatı liderlərindən olan Məhəmməd əl-Buheyti Yəmənə qarşı hücumların davam etməsi halında Ənsarullah Hərəkatının bu hücumlara cavab verəcəyini elan edib.
 
Maide.az-ın məlumatına görə, əl-Meyadin televiziyasına müsahibə verən Ənsarullah Hərəkatı lideri Səud hücumlarının Ənsarullah Hərəkatının hərbi gücünü məhv etdiyini inkar edərək, "Səudun mövqeyindəki iğtişaşların səbəbi daxili münaqişələr, ziyan və ümidsizlikdir" deyib.
 
Məhəmməd əl-Buheyti Səudun hücumlarından əvvəl dayandırılan dialoqun başa çatdırılması çağırışını edərək "Hərəkat olaraq dialoqa müsbət baxırıq. Bundan sonra Hadi Mənsurun Yəməndə heç bir həlledici rolu olmayacaq. Yəmən xalqı Hadi Mənsurun iqtidar qoltuğuna geri qayıtmasına icazə verməyəcəkdir" söyləyib.
 
Ənsarullah Hərəkatı lideri açıqlamasının sonunda "Səud Ənsarullahın cavabının yaxın olduğunu anladı və hücumların dayandığını açıqladı. Səuda apardığı hesabları yenidən nəzərdən keçirməsini tövsiyə edirik. Çünki bizim bu təxribatlara cavabımız çox ağır olacaq. Səuda qarşı mübarizədə raketlərə ehtiyac duymuruq", - deyib.

Google+ WhatsApp ok.ru