Ərəbistan qırıcıları bu gün səhər Yəmənin paytaxtını bombalayıblar

Səudiyyə qırıcıları Yəmənə qarşı son hücumları zamanı bu gün səhər paytaxt Sənanın Fəc Ətan məntəqəsini bombalayıblar.
 
Maide.az-ın məlumatına görə, Sənanın müxtəlif məntəqələrində bir neçə partlayış eşidilib və Hava Hücumundan Müdafiə Qüvvələri Ərəbistan təyyarələrinə tərəf atəş açıblar. 
 
Fəc Ətan məntəqəsinin sakinləri də bildiriblər ki, bu hücum zamanı Cəbəl Nəqəm məntəqəsində yerləşən silah anbarları hədəfə alınıb. 
 
Digər tərəfdən, İranın humanitar yardım və ərzaq məhsulları daşıyan bir yük təyyarəsinin Səna hava limanına enməyə çalışmasının ardınca Ərəbistan qırıcıları Səna hava limanının nəzarət qülləsi və eniş zolağını bombardman edərək, İran təyyarəsinin enməsinə mane olublar. 

Google+ WhatsApp ok.ru