Əfqanıstanda 60-dək `Taliban` döyüşçüsü öldürülüb

 Son sutka ərzində Əfqanıstan Silahlı Qüvvələrinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində “Taliban” radikal birləşməsinin 60-dək döyüşçüsü zərərsizləşdirilib.
 
Bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat verilir.
 
“Əməliyyat Uruzqan, Zabul, Qazni, Gilmend, Loqar, Qunduz, Sari-Pul, Badahşan, Fryab, Paktiya, Host və Baqlan vilayətlərində aparılıb. Nəticədə “Taliban”ın azı 57 silahlı üzvü öldürülüb, 35-i yaralanıb, 2 döyüşçü isə Əfqanıstan milli təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib”,- deyə DİN-in məlumatında deyilir.
 
Silahlı Qüvvələrin itkisi barədə məlumat verilmir.
 
Nazirliyin məlumatına görə, hərbçilər döyüşçülərin yüngül və ağır silahlarını müsadirə ediblər. Polis 7 əldəqayırma partlayıcı vasitəni zərərsizləşdirməyə də müvəffəq olub.(apa)

Google+ WhatsApp ok.ru