Ərəbistan Yəmənə qarşı hücumlarını davam etdirir

Ərəbistan qırıcıları ötən saatlar ərzində Ədən hava limanına 30-dan artıq raket zərbəsi endiriblər.
 
Maide.az-ın məlumatına görə, Ərəbistan qırıcıları həmçinin, Yəmənin Cəbəl Əblə rabitə şəbəkəsinə qarşı da 4 dəfə hücum ediblər. 
 
Əl-Məyadin informasiya kanalı bildirir ki, Ərəbistan qırıcıları Yəmənin mərkəzində yerləşən Təəz vilayətinin müxtəlif məntəqələrinə dəfələrlə raket zərbələri endiriblər. Bu telekanal həmçinin, Ali-Səud rejiminin Yəmənin Ləhəc məntəqəsində Əbd Rəbbə Mənsur Hadisə sadiq silahlı qruplaşmaların müasir silahlarla təchiz edilməsi əməliyyatında uğursuzluğa uğradığından xəbər veriblər. Belə ki, Ərəbistan təyyarələri tərəfindən terrorçulara atılan silahlar Yəmən ordusunun əlinə keçib. 
 
Yerli bir mənbənin bildirdiyinə görə, əl-Hədidə hava limanının bombardman edilməsi Yəmənin mühasirəyə alınması və Yəmən xalqına humanitar yardımların çatdırılmasının önlənilməsi istiqamətində atılan bir addımdır. 
 
İnformasiya qaynaqları da bildirirlər ki, Ərəbistan dünən Səhdə şəhərinə qarşı 20 hava hücumu həyata keçirib. 
 
Əl-Məyadin informasiya kanalı da Ərəbistanın Sədə vilayətində yerləşən Ğur məntəqəsinə raket zərbələri endirməsindən xəbər verib.
 
Məarib vilayətinin şərqində yerləşən Mərvah məntəqəsi də Ərəbistanın hava hücumlarının hədəfindən yayınmayıb. 
 
Misir dövləti də Ərəbistanın Yəmənə qarşı təcavüzlərini himayə məqsədilə ölkə xaricində olan hərbi qüvvələrinin missiya müddətini uzadıb.

Google+ WhatsApp ok.ru