Ənsarullah: `Səudiyyəlilər Ədənə qoşun çıxartmağa cürət edə bilməzlər`

Yəmənin Ənsarullah hərəkatının sözçüsü Səudiyyə qüvvələrinin Ədənə yeridilməsi ilə bağlı yayılan şayiələrə cavab verib. 
 
Maide.az-ın məlumatına görə, Məhəmməd Əbdüssəlam deyib: Ərəbistanın Yəmənə quru qoşunları yeritməsi ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur və bu kimi şaiyələr əl-Qaidə terrorçularını ruhlandırmağa hesablanıb. 
 
Ənsarullah hərəkatının sözçüsü əlavə edib: "Ədəndə vəziyyət tamamilə ordu, təlükəsizlik qüvvələri və xalq komitələrinin nəzarəti altındadır. Və Ərəbistan Yəmənə qarşı belə bir addım atmağa cürət edə bilməz."

Google+ WhatsApp ok.ru