“Human Rights Watch” Avropa Olimpiya Komitəsindən Azərbaycanla bağlı nə tələb edib?

“Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatı ilə Avropa Olimpiya Komitəsi arasında Bakıda keçiriləcək Avropa Oyunları öncəsi Azərbaycanda insan hüquqlarının acınacaqlı vəziyyətdə olmasına dair ciddi danışıqlar olub. Bu barədə Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti məlumat yayıb. Məqalənin tərcüməsini təqdim edirik:
***
Bakıda keçiriləcək Avropa Oyunları ilin ən böyük idman hadisəsi olacaq. Lakin Azərbaycanda insan haqlarının durumu ağır olaraq qalır. Brüsseldə Avropa Parlamentinin Insan Haqları Komitəsinin toplantısında idman qurumlarının bu məsələyə səssiz yanaşması, heç bir addım atmaması sərt tənqid olunub. Tədbirdə siyasi məhbuslardan birinin qızı - Dinara Yunus iştirak edib və tədbirdə iştirak edən Avropa Parlamentinin deputatları onu alqışlayıblar.
Ilin böyük idman hadisəsi olan Avropa Oyunları təxminən dörd həftə sonra ilk dəfə Azərbaycanın paytaxtı Bakıda keçiriləcək. Prezident Əliyev turnirə 6000 idmançı dəvət edib. Belə bir məqamda Dinaranın valideynləri olan Leyla və Arif Yunuslar həbsdədir, onların barəsində hələ məhkəmə hökmü çıxarılmayıb. Hüquq-müdafiə təşkilatları onları “Avropa Oyunlarının məhbusları” adlandırır.
Ötən il Saxarov mükafatına namizəd olan Leyla Yunus 375 gündür ki, həbsdədir. Onun həbsi Əliyevin öz nüfuzu nöqteyi-nəzərindən yanaşdığı bu idman layihəsini tənqid etməsindən dərhal sonraya təsadüf etdi.
Dinara Yunus tədbirə ekspert qismində çağırılmamışdı, amma onun Avropa Oyunları kimi böyük hadisələrə istənilən qədər pul xərcləməyə hazır olan Azərbaycan və ona bənzər ölkələrdə insan haqları sahəsində baş verənlər haqda danışmaq üçün yetərincə xoşagəlməz təcrübəsi var.
Müzakirələrdə Avropa Oyunlarının təşkilatçısı olan Avropa Olimpiya Komitəsinin vitse-prezidenti Janes Kosiançeç, qurumun icraiyyə komitəsinin üzvü, eyni zamanda, Almaniya Olimpiya Federasiyasının icraçı direktoru olan Maykl Vesper də iştirak edib.
Vespert Avropa Parlamentinin deputatlarının, o cümlədən Yaşıllar fraksiyasının sədr müavini Barbara Loxbiqlerin suallarını cavablandırıb. O soruşurdu ki, Olimpiya Komitəsi turnirə “ev sahibliyi” edəcək ölkə ilə bağlı qərar verərkən məsələnin iqtisadi və texniki tərəflərilə yanaşı, niyə həmin ölkədə insan hüquqlarının vəziyyətini də nəzərə almır? 
“Cənab Vesper bu sualın cavabında mənə dedi ki, heç kim insan hüquqları ilə bağlı riyazi hesablama apara bilməz. Bu cavab göstərir ki, onlar insan haqları ilə bağlı məsələyə ciddi yanaşmırlar. Halbuki, Insan Haqları üzrə Ümumdünya Bəyannaməsi nəzərdə tutur ki, istənilən ictimai orqan insan haqlarını əsas götürməlidir. Beynəlxalq idman federasiyaları kampaniya aparmaq baxımından güclü qurumlardır. Lakin onlar əllərindəki təsir vasitələrindən istifadə etmək istəmirlər”, - deyə Barbara Loxbiqler “Frankfurter Allgemeine Zeitung”a açıqlamasında bildirib.
Beynəlxalq hüquq-müdafiə təşkilatı olan “Human Rights Watch”ın direktoru Minki Uorden də Brüsseldəki tədbirə dəvətlilər arasında idi. O da müzakirələrdə iştirak edərək deyib: “Deputatlar bu məsələni indi həmişəkindən daha çox qabartmalı, suallarına cavab almalıdır. Təzyiqlər artırılmalıdır. Avropa Olimpiya Komitəsi qabaqlayıcı addımlar atmalıydı. Amma bunun əvəzinə müdafiə mövqeyinə çəkilib. Sizin qəzəbiniz bu cür vəziyyət yaradan cənab Əliyevə yönəlməlidir”.
Idman hadisələri dünyanı dəyişə bilir, amma həmişə yox.
“Biz bilmirik ki, məsələn, Olimpiadalar keçirildiyi ölkələrdə sosial inkişafa nail olubmu? Yaxud da heç olmasa, insan haqları sahəsində vəziyyətin düzəlməsinə gətirib çıxarıbmı?”, - deyə “Human Rights Watch”ın digər təmsilçisi Ceyn Byükenen müzakirələr zamanı bildirib.
Beynəlxalq Olimpiya Komitəsinin 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunları və 2014-cü ildə Soçidə Qış Olimpiya Oyunları ilə bağlı şikayətlənirdi. Bunu Avropa Oyunlarında gözləməyə dəyməzdi.
“Azərbaycandakı rejim 2012-ci ildə ”Eurovision" musiqi yarışması dövründə elədiklərinə görə adekvat münasibətlə üzləşmədi və bu ona növbəti yarışlarla mükafatlandırılmaq imkanı yaratdı. Rejimin hazırkı davranışını da bununla əlaqələndiririk", - deyə “Human Rights Watch”ın mətbuat konfransında bildirilib.
Qeyd olunub ki, Azərbaycanda vəziyyət heç vaxt olmadığı qədər pisdir. Təşkilat siyasətçiləri və potensial tamaşaçıları Bakıdakı Oyunlara getməməyə çağırıb: “Kimsə jurnalistlərin, dissidentlərin azadlığa buraxılması məqsədi daşıyan bu ideyaya qarşı çıxacaqsa, bu, Əliyevi dəstəkləmək anlamına gəlməlidir”, - deyə “Human Rights Watch”ın Almaniya bürosunun direktoru Venzel Miçalski bildirib.
“Human Rights Watch”ın Bakıdakı turnirin təşkilatçısı olan Avropa Olimpiya Komitəsinin rəhbərliyilə apardığı danışıqlar konfidensial saxlanılır. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki hesab edir ki, əyləncə, idman və siyasət ayrılmazdır. “Human Rights Watch”ın Brüsseldəki müzakirələrdə iştirak edən nümayəndəsi bildirib ki, Avropa Olimpiya Komitəsilə aralarında ciddi danışıqlar olub: “Idman nə sosial sistemi, nə də suveren dövlətin siyasətini dəyişə bilər. Yeri gəlmişkən, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edirdi. Lakin biz gördüyümüz gördüyümüz işlərdə dəyərlərimizi nəzərə almalıyıq. Əlbəttə ki, insan haqları məsələsi çox böyük əhəmiyyət kəsb edir. Amma siyasətin uğursuzluğa düçar olmasına görə idmanı günahlandırmaq da olmaz”.
Avropa Parlamentinin Insan Haqları Komitəsinin sədri, ispaniyalı deputat Yelena Valensiano Brüsseldəki müzakirələrdə yekun çıxış edərək bildirib ki, insan hüquqları siyasi debatlarda danışıq predmeti olmamalıdır, çünki o, universal dəyərdir.azadliq/

Google+ WhatsApp ok.ru