Ət satanlar yoxlanılacaq

Qanunsuz fəaliyyət göstərən ət satış məntəqələrinin sahiblərinə xəbərdarlıq olunub. ANS TV-nin məlumatına görə, I Avropa Oyunları ərəfəsində paytaxt, eləcə də paytaxtdan kənardakı bütün ət satış məntəqələrində sanitar - gigiyenik qaydalar yoxlanılacaq. 
 
Yol kənarlarında açıq şəkildə ət satışı həyata keçirən, eləcə də qanunsuz fəaliyyət göstərən ət satış məntəqələrinin sahibkarları cərimələnəcək.
 
Respublika gigiyena və epidimiologiya mərkəzinin qidalanma söbəsinin müdiri İmran Abdullayev deyir ki, ət satışı ilə məşğul olanların əksəriyyəti cərimə olunub. Çünki, onlar heyvan kəsimindən sonra heyvanın qalıqlarını natəmiz yerlərə atırlar. Bu isə gigiyenik qaydalara zidd hərəkətlərdir. 

Google+ WhatsApp ok.ru