“Şeytanın buynuzu Yəməndə sınacaq”

“Ənsərullahın hədəfi xalq dirənişinə dəstək vermək və sionist rejimə qarşı mübarizə aparmaqdır”.
 
Maide.az xəbər verir ki, bu sözləri Ənsərullah Hərəkatının Siyasi Büro üzvü olan Şeyx Məhəmməd Kəbli deyib.
 
M.Kəbli Səudiyyə Ərəbistanının Yəmənə hücumunu və bu koalisiyanın nəyə görə İsrailə qarşı qurulmadığını qınayıb.
 
O deyib ki, “Şeytanın buynuzu”, yəni Ərəbistan Yəməndə böyük bir imtahandan keçəcək: “Bizim düşmən qarşısında əldə etdiyimiz uğurlar və xalqımızın siyasi iradəsi diktatorların əlaltısı olan media qurumları tərəfindən gizlədilir. Koalisiya qüvvələrinin həyata keçirdiyi hücumlar Yəmən xalqının bir-birinə bərk sarılmasına səbəb oldu. S.Ərəbistanının dəstəklədiyi şəxslərin vətən xaini olduğunu və xalqı təmsil etmədiyi artıq bütün xalq bilir. Səbri tükənən yəmənli gənclər müharibə qərarına gəliblər”, - deyə Şeyx söyləyib.
 
O bildirib ki, İslam dünyasının qanayan yarası olan Fələstin məsələsini unutdurmaq istəyənlər, diqqətləri başqa istiqamətə çəkmək üçün Yəmənə hücum ediblər: "Lakin terrorun mərkəzi olan Səud rejimi atdığı səhv addımlarla özü üçün yeni problemlər yaradıb."
 
Xatırladaq ki, Səudiyyə Ərəbistanının Yəmənə hücumları zamanı həyatını itirənlərin sayı 2 minə, yaralıların sayı 7 minə çatıb. Ölənlərdən 453-ü uşaqdır./

Google+ WhatsApp ok.ru