Əriyin faydaları

Bu sehrli meyvənin tərkibində üzvi turşular, efir yağları və mineral duzlarla bərabər, pektin və aşı maddələri, şəkər, kalsium, kalium və dəmir də vardır.

Tərkibindəki maqnezium sayəsində orqanizm stressə qarşı çıxır. A vitamini dəri xəstəliyini önləyir, bədəndən toksinlərin atılmasına kömək edir. Həzm prosesini yaxşılaşdıran, susuzluğun qarşısını alan, görmə qabiliyyətini normada saxlayan, yaddaşı gücləndirən, bağırsaqları yumşaldan və dərini gözəlləşdirən ərik, süfrələrimizin ləzzətli  təamlarından biridir.

Ərik qalxanvarı vəzi xəstəliklərinin qarşısını alır, maddələr mübadiləsini tənzimləyir, ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Ana olmağa hazırlaşan və anemiyadan əziyyət çəkən xanımlar mütəmadi olaraq ərik yeməlidirlər. Xalq təbabətində ərikdən sinə yumşaldıcı, bəlğəmgətirici və qurdqovucu vasitə kimi istifadə olunur.

Qaynadılmış ərik yarpaqlarından mədə-bağırsaq xəstəliyində və revmatizmdə istifadə edilir./

Google+ WhatsApp ok.ru