əl-Husi: Səudiyyə rejimi Yəmənə təcavüzü zamanı qadağan olunmuş silahlardan istifadə edir

Ənsarullah Hərəkatı lideri Əbdülməlik əl-Husi ötən axşam öz çıxışında bildirib ki, Səudiyyə rejimi Yəmənə təcavüzü zamanı qadağan olunmuş silahlardan istifadə edir. 
Maide.az xəbər verir ki, Ə. əl-Husi bu amansız və zalımcasına olan təcavüzün qanunsuz olduğunu vurğulayıb və bildirib ki, Yəmənə təcavüz zamanı yaşayış binaları, xəstəxanalar, uşaqlar, qadınlar, yaşlı insanlar, məktəblər və məscidlər hədəfə alınıb.  
O, əlavə edib ki, əgər ordu və xalq komitələri  düşmən qarşısında mübarizə aparmasaydı əl-Qaidə insanların başını bıçaqla kəsərdi. “Əl-Qaidəyə havadan yardımlar göndərilir.”
əl-Husi deyib ki, Yəmən xalqı tam gücü ilə Allaha güvənərək öz müqavimətlərinə davam edəcəklər və Əl-Qaidə və xarici qüvvələrin hücumları qarşısında özlərini müdafiə edəcəklər. 
Onun sözlərinə görə, ordu və xalq komitələrin səyi nəticəsində Yəmənə olan təcavüz uğursuz oldu. “Yəmən xalqı Səudilərin həqiqi simasını gördü və tanıdı.  Səud rejimi Yəmən xalqını həmişə zəif saxlamaq istəyir”,-deyə əl-Husi bildirib. abna/
 
 
 

Google+ WhatsApp ok.ru