Əfqanıstan qan gölünə döndü – 28 ölü, 30 yaralı

Əfqanıstanın Bağlan, Tahar, Loqar və Herat şəhərlərində hökumət qüvvələri ilə Taliban terrorçuları arasında atışma gedir.
 
Maide.az xəbər verir ki, dünəndən bəri gedən atışmalar nəticəsində 21 terrorçu öldürülüb, 23-ü isə yaralanıb.
 
Məlumata görə, Bağlan şəhərində iki polis yaralanıb. Loqar şəhərində Taliban terrorçularının olduğu evə edilən hücum nəticəsində 3 terrorçu öldürülüb, 4-ü yaralanıb. Hücum zamanı polislərdən biri ölüb, biri də yaralanıb.
 
Tahar şəhərində Taliban terrorçularının polis maşının etdiyi hücum nəticəsində şəhərin kəşfiyyat idarəsinin rəsi müavini Nurullah öldürülüb.
 
Qeyd edək ki, atışmalar nəticəsində ümumilikdə 28 nəfər ölüb, 30 nəfər də yaralanıb./

Google+ WhatsApp ok.ru