Ərəbistanın daha bir hərbi hissəsi yəmənlilərin nəzarəti altına keçdi

Maide.az xəbər verir ki, Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın sərhəd qüvvələrinin geri çəkilməsi və öz mövqelərini tərk etmələrinin ardınca Ərəbistanın cənub-qərbində, Cazan məntəqəsində yerləşən Tuyluq hərbi hissəsini ələ keçiriblər. Bu hərbi hissə Yəmənin şimal-qərbində, Sədə vilayəti ilə sərhəd məntəqədə yerləşir. 
 
Rədif və Məcab hərbi hissələrinin ardınca bu, Ərəbistan ordusunun 3-cü hərbi hissəsidir ki, yəmənlilərin nəzarəti altına keçir. 
 
Bu arada Həds informasiya kanalı bildirir ki, Ərəbistan qırıcıları dünən də Yəmənin Məaşiq məntəqəsi və Ədən hava limanını bombalayıblar. Ədənin Kriter, Məla və Təvahi məntəqələri də hava hücumlarına məruz qalan digər məntəqələr olublar. 
 
Yəmən mənbələri həmçinin bildirirlər ki, düən cümə axşamı Ərəbistan qırıcılarının Həccə vilayətində Bəkil əl-Mir kəndinə olan hücumları zamanı 40 nəfər həlak olub, onlarla nəfər də yaralanıb. 
 
Yəmənin Sədə vilayəti də dünən 20 dəfədən çox Ərəbistan qırıcılarının hücumlarına məruz qalıb. 
 
Həmçinin, Yəmənin Səhiyyə Nazirliyinin sözçüsü Təmim əl-Şami əl-Aləm kanalına deyib ki, ötən sutka ərzində əsasən sivil insanlar olan 96 nəfər Ərəbistanın Yəmənin müxtəlif məntəqələrinə olan hücumları zamanı həyatını itirib. 
 
Təmim əl-Şaminin dediyinə görə, bu hücumlar nəticəsində 300 nəfər də yaralanıb. 
 
Digər tərəfdən Yəmənin fərari baş naziri Xalid Bəhah Ərəbistanın paytaxtı Ər-Riyadda, bir xəstəxanada olaraq yaralı Ərəbistan hərbçilərinə baş çəkib. Bu hərbçilər Yəmən ordusu ilə döyüşlərdə yaralanıblar. 
 
Xalid Bəhahın ərəbistanlı hərbçilərə baxış keçirməsi ilə bağlı yayımlanan fotoşəkillərdən aydın olur ki, o, əyilərək bir ərəbistanlı hərbçinin başından öpür. Bu fotoşəkil Yəmən xalqının qəzəbinə səbəb olub. 
 
Ərəbistan ordusu 26 mart 2015-ci il tarixindən Yəmənə qarşı havadan, dənizdən və qurudan təcavüzlərə başlayıb. İndiyə kimi minlərlə nəfər bu hücumlar nəticəsində qırğın edilib.

Google+ WhatsApp ok.ru