Ərəbistanda yenə şiə məscidi partladıldı

Bu gün Səudiyyənin Qətif məntəqəsinin Dəmam şəhərində terror aktı baş verib. Belə ki, İmam Hüseyn məscidinin yaxınlığında partlayıcı quraşdırılmış maşın partlayaraq dörd nəfərin həyatına son qoyub. Bəzi medialar bildirir ki, terrorçu üzərindəki bomba ilə qadın libasında məscidə qadınlara aid girişdən daxil olmaq istəyibmiş. Lakin qadınlara aid giriş bağlı olduğundan terrorçu məscidin kişilərə aid giriş hissəsində özünü partladıb. 
 
Hazırda araşdırmalar aparılır. 
 
Partlayışın məsuliyyətini bu ana qədər heç bir terror qruplaşması öz üzərinə götürməyib.
 
Xatırladaq ki, keçən həftə də Səudiyyə Ərəbistanında İmam Əli məscidindəki partlayış nəticəsində 22 nəfər şəhid olub, 150 nəfər yaralanmışdır. Bu terror aktını İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Google+ WhatsApp ok.ru