“Müsəlman olduğu üçün butulkada “Cola” vermədilər” – ABŞ-da növbəti İslamafobiya faktı

Təyyarədə müsəlman qadın sərnişinə bağlı kola qutusu vermədilər.
Maide.az xəbər verir ki, ABŞ-da Yunyated Hava Yolları ilə uçan Çikaqo şəhərindəki bir Şimali-qərb Universitetinin müsəlman din mütəxəssisi Tahirə Əhməd stüardessadan bağlı qutuda olan “Coca-cola” istəyib.
Lakin, stüardessa müsəlman qadının silah kimi istifadə edəcəyini düşünərək ona butulkada “Cola” verməyib. O yanındakı digər sərnişinə bağlı baqda içki verildiyi gördükdən sonra , stüardessanın ona qarşı ayrıseçkilik etməsinə etiraz edib və kola qutusunu yanında əyləşən şəxsin əlindən alaraq  “gördüyünüz kimi silah olaraq istifadə etmədim” deyə cavab verib.
Qadın sərnişin müsəlman olduğu üçün ona qarşı edilən ayrı-seçkilik haqqında sosial şəbəkədə məlumat paylaşdıqdan sonra bir anda ABŞ mediasının diqqət mərkəzinə düşüb.
Məsələnin böyüməsindən sonra Yunayted Hava Yolları stüardessa haqqında istintaqın başladılığını açıqlayıb./
 
 

Google+ WhatsApp ok.ru