Ərəbistan bazası yəmənlilərin əlində; 50 hərbçi öldürüldü

Yəmən qüvvələri Əsir məntəqəsində Ərəbistanın Eynül-Harrə bazasını ələ keçirərək 50-dən çox səudiyyəli hərbçini öldürüb və 40 nəfəri də əsir götürüblər.
 
Yəmən mənbələri bildiriblər ki, bu baza tam şəkildə Yəmən ordusu və inqilab komitələri qüvvələrinin nəzarətindədir. Həmçinin 45 ədəd tank, 55 ədəd hərbi Hummer avtomobili, bir çox hərbi sursat, eləcə də uzaq mənzilli 50 raket qənimət olaraq götürülüb.
Başqa bir məlumata görə, Səudiyyə Ərəbistanının qırıcı təyyarələrinin Yəmən paytaxtı Sənanın şərqində yerləşən Nuqəm məntəqəsinə hücumunda onlarla yəmənli şəhid olub və yaralanıb. Əl-Məsirə telekanalı da bildirib ki, Şibvə vilayətinin müxtəlif bölgələrinin terrorçulardan təmizlənməsini əl-Qaidə əleyhinə müharibədə dönüş nöqtəsi hesab etmək olar.
 
Bu telekanal əlavə edib: Yəmən ordusunun xalq komitələri qüvvələrinin köməyi ilə Şibvə vilayətində əl-Səid və Cəval əl-Məshə bölgələrini əl-Qaidə ünsürlərindən təmizlənməsi bölgə əhalisi tərəfindən rəğbətlə qarşılanıb. Yəmən ordusu bu əməliyyatda çoxlu sayda əl-Qaidə ünsürünü məhv edib və onların silah-sursatlarını qənimət götürüb. abna /
 

Google+ WhatsApp ok.ru