“Atletlər kəndi”ndə ruslarla ukraynalılar arasında dava düşdü

Bakıdakı “Atletlər kəndi”ndə Rusiya və Ukraynadan olan idmançılar arasında qarşıdurma olub.
 
Bu məlumat virtualaz.org saytına “Atletlər kəndi”ndəki mənbələrdən daxil olub.
 
Məlumata görə, rusiyalı və ukraynalı idmançıların bir qrupu arasında insident yaranıb və onlar mübahisə edərək “atışıblar”.
 
Emosiyalarına hakim ola bilməyən idmançılar daha sonra əlbəyaxa davaya keçiblər. Olimpiya kəndinin əməkdaşları dalaşan idmançıları sakitləşdirə biliblər./
 

Google+ WhatsApp ok.ru