“Əl-Qaidə”nin Ərəb yarımadasındakı lideri öldürülüb

Ərəbistan yarımadasında Əl-Qaidə terror təşkilatının  rəhbəri  Nasir əl-Vahişi (Nasir al-Wuhayshi) ehtimal ki, amerikaya məxsus olan pilotsuz təyyarənin hücumu nəticəsində ölüb.
 
Terror təşkilatının nümayəndələri özdərinin Twitter  səhifələrində Vahişinin yerinə  hərbi rəsilərdən olan və Əbu Hureyra əl-Sənani (Abu Hureira al-Sanaani) kimi tanınan Qasm əl-Riminin seçildiyini bildiriblər.
 
Hazırda Amerika kəşfiyyat qurumları  onun ölümünü təsdiqləmək üçsün bir sıra tədbirlər həyata keçirirlər.
Əl-Vaxişi “əl-Qaida”da “iki nömrəli adam” hesab olunurdu.
 
Yəməndə anadan olan əl-Vahişi Ərəb yarımadasında komandanlığı 2009-cu ildə qəbul edib. Bundan 3 il əvvəl Yəməndə həbsxanadan qaçıb. O, terror qruplaşmasının məhv edilən lideri Üsəma bin Ladenin şəxsi katibi də işləyib.
 
“Əl-Qaidə”nin Ərəb yarımadasındakı qruplaşması 2009-cu ildə yaradılıb. Bu təşkilat həmin ilin dekabr ayında Amsterdamdan Detroyta uçan “Northwest Airlines” şirkətinə məxsus təyyarədə terror aktı törədilməsinə cəhdlə tanınıb. Qruplaşma 2011-ci ilə Yəmən prezidenti Abdalla Salehin devrilməsində də iştirak edib. 

Google+ WhatsApp ok.ru