Əfqanıstan Parlamentinə bombalı hücum

Taliban terror təşkilatı Əfqanıstanın paytaxtı Kabildə Parlament binasına hücum edib.
 
Maide.az-ın məlumatına görə, parlamentdəki yüksək səviyyəli polis rəsmisi Vahid Amerhil bildirib ki, terrorçular əvvəlcə bomba yüklü bir maşını bina qarşısında partladıb. Amerhil sonra parlamentin yaxınlığındakı inşaat halında olan bir binadan Taliban terrorçularının atəş açmağa başladıqlarını, buna qarşılıq verən təhlükəsizlik qüvvələri ilə qarşıdurmanın davam etdiyini deyib.
 
Əfqanıstan Taliban təşkilatının sözçüsü Zabihullah Mücahid münaqişələrin başlanmasından dərhal sonra verdiyi bəyanatda hücumu boynuna götürüb. Zabihullah parlament binasına intiharçıların hücum etdiyini deyib.
 

Google+ WhatsApp ok.ru