Ənsarullah Səudiyyə rejiminin təyyarəsini vurdu

Yəmənin Ənsarullah xalq hərəkatına bağlı qüvvələr Ərəbistan ordusunun  casusluq təyyarəsini vurub.
Maide.az əl-Fəcr əl-Yəməni informasiya kanalına istinadən xəbər verir ki,  Yəmənin Hava Hücumundan Müdafiə Qüvvələri bazar günü Səudiyyə Ərəbistanı ordusunun casusluq təyyarəsini Yəmənin şimalında yerləşən Sədə vilayətinin Səha şəhərində, Bahbacir adlı bögədə hədəfə alıb. 
Bu barədə əlavə məlumat yayılmayıb.
Ərəbistan regionun 9 ərəb ölkəsi ilə koalisiya yaradaraq, 26 mart 2015-ci il tarixindən Yəmənə qarşı hava hücumlarına başlayıb. Səudiyyə rejimi  bu yolla Yəməndə inqilabçıların hakimiyyətə gəlməsini önləmək və fərari prezident Əbd Rəbbə Mənsur Hadini yenidən hakimiyyətə qaytarmaq istəyir. 
İndiyə kimi bu hücumlar nəticəsində Yəmənin bir çox infrastrukturları o cümlədən xəstəxanalar, məktəblər, yaşayış binaları, körpülər və hava limanları dağılıb, yüzlərlə qadın və uşaq daxil olmaqla, minlərlə nəfər ölüb və yaralanıb./

Google+ WhatsApp ok.ru