“Belə davam etsə Emil Tağıyevi də Məzahir Cəfərovun aqibəti gözləyir”

Ölkədə kredit qalmaqalı hər keçən gün daha da dərinləşməkdədir, ötən ay bununla bağlı sahibkarların həbs olunaraq dindirilməsindən sonra daha dəhşətli hadisələr baş verməyə başlayıb. 
Belə ki, kredit qalmaqalında ən çox adı hallanan “Avesta” şirkətlər qrupunun rəhbəri İbrahim Nehrəmlinin qohumu,  qardaşı Nazim İbrahimiovun qaynı Məzahir Cəfərov özünü asaraq intihar edib. O, İbrahim Nehrəmlinin nəzarəti altında olan “Sahil D Compani” MMC-nin rəhbəri idi.
 
Maide.az xəbər verir ki, 4 ildən çoxdur 2 evi İbrahim Nehrəmli tərəfindən alınan qazaxlı iş adamı Elşad Məmmədov baş vermiş hadisə ilə bağlı "Moderator"a ilginc açıqlamalar verib:
 
“Mən 4 ildən çoxdur ki, “Avesta” şirkəti ilə mübarizədəyəm, oranın bir çox əməkdaşlarını, onlardan ziyan çəkən insanları tanıyıram. Özünü asan Məzahir Cəfərov Hacı İbrahimin girovluğunda olub. Bu haqda mənə "Avesta"-nın idarəçilərindən olan İbrahim Nehrəmlinin yaxın qohumu məlumat verib. Mənə  "Həsən 96" MTK - da  2 ev satıb daha sonra evimi əlimdən alan İbrahim Nehrəmlinin bacanağı Emil Tağıyev də İbrahim Nehrəmlinin girovluğunda olan şəxslərdəndi. Belə davam etsə, onu da Məzahir Cəfərovun aqibəti gözləyə bilər. Bir çox işçilər hazırda İbrahim Nehrəmlinin girovluğundadır. Onlar İ. Nehrəmlinin cinayətlərində iştirak edərək özlərini çıxılmaz hala salıblar. Gördüyünüz kimi sonda da intihar etməyə məcbur olanlar da var artıq.”

Google+ WhatsApp ok.ru