Ərəbistanın Yəmənə hücumları davam edir, 18 nəfər ölüb və yaralanıb

Ərəbistan qırıcıları Ramazan ayı olmasına baxmayaraq, Yəməndə sivil insanlara qarş hücumlarını davam etdirirlər.
 
Maide.az xəbər verir ki, Yəmənin əl-Məsirə informasiya kanalının məlumatına görə, Ərəbistan qırıcılarının Sədə vilayətində Saqeyn şəhərinə olan hücumlarında 5 nəfər şəhid olub. Sədə vilayətinin tanınmış din alimlərindən olan Əllamə Abdullah əl-Həmizə də bu hücum zamanı şəhid olub. 
 
Ərəbistan qırıcıları həmçinin, Sədə vilayətində, Həydan şəhərində yerləşən Əssəlam məkətini də hədəfə alaraq, tamamilə dağıdıblar. 
 
Yəmənin Həccə vilayətində də Hərz şəhərinin Məcur məntəqəsində yaşayış massivləri Ərəbistan qırıcılarının hücumlarına məruz qalıb. Bu hadisə nəticəsində 1 nəfərin öldüyü, bir qrup insanın da yaralandığı bildirilir. 
 
Sədə vilayətində, Rah şəhəri də bir neçə dəfə Ərəbistan qırıcıları tərəfindən bombardman edilib. 
 
Ərəbistan qırıcıları Ləhəc vilayətində yerləşən Ləbuzə bazasını və Hədidə vilayətində bir hərbi aerodromu da hədəfə alıblar.

Google+ WhatsApp ok.ru