Əfqanıstanda 7 min ailəyə Ramazan yardımı paylanılıb

Türkiyənin “Kimsə Yoxmu Dərnəyi”, Əfqan Türk İşadaları Dətnəyi (ATSİAD) və Türk məkətəbləri birlikdə Əfqanıstanda Ramazan ayı ilə əlaqədar olaraq kasıblara ərzaq paylayıblar.
Maide.az xəbər verir ki, hər il olduğumu kimi bu il də Əfqanıstanda kasıblara Ramazan yardımı paylanılıb və kasıblar sevindirilib.
Yardımlar Kəndahar, Şibirqan, Cəlalabad, Herat və digər vilayətlərdə edilib. Ümumilikdə 7 mindən çox ailəyə ərzaq paylanılıb.
Yardımlardan başqa, hər gün iftar süfrələri qurulur və insanlara pulsuz yeməklər verilir.
Təşkilatçılar xeyriyyə tədbirlərinin Ramazan ayı ərzində davam edəcəyini açıqlayıblar./

Google+ WhatsApp ok.ru