İçərişəhər “Cümə” məscidinin dini icması və DEVAMM “Qarabağı və Qüdsü unutma!” mövzusunda konfrans keçirdi - FOTOLAR

Mübarək Ramazan ayının son cümə günü bütün dünyada Beynəlxalq Qüds Günü kimi qeyd edilir. Bu, işğal olunmuş ərazilərlə həmrəylik simvolu olaraq keçirilən, məzluma dəstək, zalıma etiraz səciyyəsi daşıyan bir tarixdir.
 
Azərbaycanımızda da bu tarixin qeyd edilməsi – artıq ictimaiyyətdə oturuşmuş bir ənənə xarakteri alıb. Erməni faşistlərinin tapdağı altında Qarabağı inləyən bir millətə, sionizmin onminlərlə qurban hesabına zəbt etdiyi, bütün dünya müsəlmanlarının and yeri, ilk qibləsi olan Qüdslə bağlı hisslər çox tanışdır.
 
İçərişəhər “Cümə” məscidinin dini icması və DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzi) bu münasibətlə “Qarabağı və Qüdsü unutma!” mövzusunda konfrans keçirmişdir. Ənənəvi olaraq, tədbir Qurani-Kərimin tilavəti və Dövlət Himninin cəmlə oxunması ilə başlandı.
 
Daha sonra Qüds gününə həsr olunmuş “Qüds günü – İslam və Vətən günüdür” adlı video-sujet tədbir iştirakçılarına nümayiş olunub.
 
Sonra tədbiri giriş sözü ilə açan DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzi) sədri Hacı İlqar İbrahimoğlu, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu Qüds gününün bir sıra xüsusiyyətlərinə toxunaraq sözü çıxışçılara verib.
 
Konfransda ilk çıxış edən Gülzar Şadlinskaya Qüds günü – ictimai-siyasi əhyadır mövzusunda nitq söyləyib. Çıxışçı qeyd edib ki, Qüds günü “müqəddəs” kəlməsindəndir və bu günün müqəddəs Ramazan ayında qeyd edilməsi heç də əsassız deyil. O qeyd etdi ki, bu gün əslində beyinlərin, düşüncələrin, yatmış qəlblərin oyanışı, əhyası günüdür.
 
Növbəti çıxış edən Mətləb Həmzə Qüds günü - ədalətsevərlərin günüdür mövzusunda çıxış edib. Natiq qeyd edib ki, bu günü dünyada əsasən ədalətin zirvəsi olan Həzrət Əlinin (ə) yolunu gedənlər böyük şövqlə qeyd edir. Məhz bu da onu göstərir ki, QÜds günü əslində zalımları qorxudan, ədalət tələb olunan gündür.
 





















































 
Digər çıxışçı Nuranə Hacılı Qüds gününün bütün müsəlman torpaqlarının günü olduğunu qeyd edib. Çıxışçı qeyd edib ki, Qüds günü insanlara öz vəzifələrini, üsuliddin və firuiddini, müsəlman qardaşının müdafiəsinə qalxmağı, özünə və müsəlman qardaşlarına sahib çıxmağı öyrədir.
 
Çıxış edən növbəti çıxışçı İbrahim Sadıqov Qüds gününün əslində Qarabağ günü olduğunu qeyd edib. Qarabağ və Qüds arasında paralellər aparan natiq bütün İslami torpaqların azadlığının uzaqda olmadığını qeyd edib.
 
Növbəti çıxış edən Kazım Əlibəyli Qüds gününün təvəlla (Allah dostları ilə dost olmaq) və təbərra (Allah düşmənləri ilə düşmən olmaq) günü olmasını vurğulayıb. O, təvəlla və təbərranın ən önəmli İslami mövzulardan olduğunu bildirib.
 
Sonda çıxış edən DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzi) sədri Hacı İlqar İbrahimoğlu, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu bu günün yaşadılmasının önəminə vurğu edib və bu günü yaşadan hər bir kəsə minnətdarlıq edib.
 
Tədbir duaların edilməsi və “Fərəc” duasının oxunması ilə yekunlaşıb.

Google+ WhatsApp ok.ru