“Whatsapp” istifadə edənlərə xəbərdarlıq: bunu etməyin

“Whatsapp”da yeni viruslar yayılıb.
 
Maide.az xəbər verir ki, dünyanın ən məşhur pulsuz mesajlaşma proqramı olan “Whatsapp”da “səsli mesajınız var” adı ilə viruslar yayılır.
 
İstifadəçilərə gələn bu mesajlarda səsli mesaja qulaq asmaları istənilir. Kimsə buna inaraq “play” düyməsini sıxıb səsə qulaq asmaq istədikdə viruslu bir sayta yönləndirilirlər. Bu zaman telefonda və proqramda müəyyən problemlər ortaya çıxır.
 
Xəbərdar edirik ki, tanımadığınız və qeyri-müəyyən olan nömrədən sizə “səsli mesajınız var” şəklində ismarıc gələrsə dinləmədən öncə dəqiqləşdirmə aparın./

Google+ WhatsApp ok.ru