Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ixtisassız əcnəbi işçilərdən imtina edəcək

Azərbaycan ixtisassız əcnəbi işçilərdən imtina etmək niyyətindədir. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dünən hökumətin iclasında çıxışında deyib ki, ixtisassız xarici işçi qüvvəsinə verilən iş icazəsi qaydalarının  sərtləşdirilməsi barədə təkliflər hazırlanıb.
 
Onun sözlərinə görə, yanvar-iyulda Dövlət Miqrasiya Xidmətindən 9357 müraciət daxil olub. Bu, ötən ilin ilk 6 ayına nisbətən 11,8 faiz çoxdur. Bu müraciətlərin yalnız 7 faizə yaxını yüksək ixtisaslı mütəxəssislərə aid olub.
 
«2014-cü il 24 dekabr tarixli Fərmana uyğun olaraq yüksək ixtisaslı mütəxəssislərin Azərbaycanın əmək bazarına cəlb edilməsi üçün patentləşdirmə sisteminin formalaşdırılması, ixtisassız işçi qüvvəsinə verilən iş icazəsi qaydalarının isə sərtləşdirilməsi barədə təkliflər hazırlanıb və yaxın vaxtlarda təqdim olunacaq”, deyə nazir bildirib.

Google+ WhatsApp ok.ru