“Atletik” – “İnter” görüşünün başlama vaxtı dəqiqləşib

Avropa Liqasının III təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində keçiriləcək “Atletik” (İspaniya) – “İnter” (Azərbaycan) matçının başlanma vaxtı açıqlanıb. “San Mames” stadionunda keçiriləcək qarşılaşma iyulun 30-da, yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə 23:45) start götürəcək.
 
Oyunun biletləri ayın 29-dan satışa çıxarılacaq.
 
Qeyd edək ki, “İnter” əvvəlki təsnifat mərhələlərində Albaniyanın “Laçi” və İslandiyanın “Hafnarfyordur” klubunu mübarizədən kənarlaşdırıb.

Google+ WhatsApp ok.ru