Əl-Əqsa Məscidini dəstəkləmək üçün beynəlxalq media kampaniyası

Qəsbkar Sionist  rejimin Məscidi-Əqsaya, Qüds və Fələstinlilərə qarşı irqçilik və təcavüzünü dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə Beynəlxalq media kampaniyasına start verilib. 
Maide.az xəbər veri rki,  Beynəlxalq İslam Xəbər Agentliyi (IINA) ötən gün bəyanat yayaraq İslam Əməkdaşlığı Təşkilatına (İƏT) üzv ölkələrinin və dünyanın azad ölkələrinin radio və televiziyalarından istəyib ki, Fələstin xalqına dəstək kampaniyasında aktiv iştirak etsinlər. 
IINA həmçinin müəslman ölkələrinin bütün KİV-lərindən, qəzet və online saytlardan istəyib ki, öz səhifələrində ayrıca səhifələri Məscid Əqsa və Fələstinlilərə aid xəbərlərə ayırsınlar və bu gündən (bazar ertəsindən)etibarən cari həftəyə  “Məscid Əqsanın işğalı” adını versinlər. 
Bəyanatda sosial mediadanda istəyib ki, Sionist rejimin fələstinlilərin Məscid Əqsaya girişə qoyduğu qadağa, məsciddə namaz qılmaq istəyənlərə qarşı təzyiqlər və Qüdsün yəduləşdirilməsi planlarını əhaliyə çatdırsınlar.  Medialar Qüdsün  müsəlmanlara aid olduğunu və onun dünyanın 1.5 milyard müsəlmanın ürəyində dəyərini bütün dünyaya çatdırsınlar. 
#al-aqsa_Mosque, #Masjid_al-Aqsa və #المسجدـالأقصى həştəqləri bu kampaniya üçün yaradılıb. 
Qeyd edək ki, kampaniyaya sionist rejim hərbiçiləri və yəhudilərin Qüdsün şərqindəki Əqsa Məscidinə və oradakı namaz qılanlara hücumlarının artmasının ardınca  başlanılıb. /
 
 

Google+ WhatsApp ok.ru