“Google” yeni şirkət yaratdı

“Google” korporasiyası bütün xidmətlər üçün yeni “Alphabet” şirkətinin yaradılmasını elan edib.
 
ABŞ-ın multimedia nəhənginin qurucusu Larri Peyc iddia edir ki, korporasiyanın yeni strukturu brendləri idarə etmə üzrə mövcud sxemi sadələşdirəcək.
 
Maide.az BBC-yə istinadən xəbər verir ki, “YouTube” və “Android” kimi tanınmış brendlər, həmçinin internetdə axtarış “Google” brendi altında fəaliyyət göstərəcək.
 
İnvestisiya və tədqiqat bölməsi “Alphabet” şirkətinin idarəsi altına keçəcək.
 
Yeni plana əsasən, Larri Peyc “Alphabet” şirkətinin icraçı direktoru olacaq, Sandar Piçay isə “Google”un idarə sədri vəzifəsinə keçəcək.
 
“Google”un həmtəsisçisi Serqey Brin “Alphabet” şirkətinin prezidenti vəzifəsini icra edəcək.

Google+ WhatsApp ok.ru