“Qarabağ” və “Qəbələ”nin cavab qarşılaşmalarının başlama saatları bəlli olub

UEFA Avropa Liqası pley-off mərhələsi cavab qarşılaşmalarında “Qəbələ” Afinada “Panatinaikos”la, “Qarabağ” isə Bakıda “Yanq Boyz”la qarşılaşacaq. 
 
Artıq qarşılaşmaların başlama saatı müəyyənləşib. Belə ki, Afinanın “Apostolos Nikolaidis” stadionunda baş tutacaq “Panatinaikos” – “Qəbələ” qarşılaşmasına avqustun 27-də Bakı vaxtı saat 23:00-da start veriləcək.
 
Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Qarabağ” – “Yanq Boyz” matçı da eyni gündə, ancaq saat 21:00-da başlayacaq.

Google+ WhatsApp ok.ru