İçərişəhər `Cümə` məscidi dini icması İmam Rzanın (ə) mövludu münasibətilə bayram tədbiri keçirdi

Zilqədə ayının 11-də (bu il üçün avqustun 26-sı) İmamətin 8-ci nuru İmam Rzanın (ə) mübarək mövludu günüdür. İmam Rza (ə) hicri-qəməri təqvimi ilə 148-ci ildə, zilqədə ayının 11-də Mədinə şəhərində dünyaya gəlmişdir. 55 il ömür sürən İmam (ə), bunun 21 ilini imamət nurunun daşıyıcısı olur. Müqəddəs ata-babasının mənəvi qayəsinin davamçısı olan İmam Rza (ə), öz mübarək imaməti dövründə vəziyyətə uyğun öz böyük missiyasını bəşəriyyətə çatdırmış, insanları Həzrət Peyğəmbərin (s) gətirdiyi İlahi təlimin həqiqətləri ilə tanış etmişdir. İmam Rzanın (ə) həyatına nəzər yetirsək, başdan-başa İlahi məqam və sonsuz hikmət görərik. Həyatının hər bir səhnəsində Allaha ixlaslı bəndəlik nümunəsi görərik.

Mübarək mövlud münasibətilə İçərişəhər "Cümə" məscidinin dini icması bayram tədbiri təşkil etmişdir. Tədbir möminlərin birgə namaz qılması və "Təvəssül" duasının oxunması ilə başlamışdır. Daha sonra İçərişəhər "Cümə" məscidinin imam camaatı Hacı İlqar İbrahimoğlu İmam Rzanın (ə) mübarək mövluduna həsr olunmuş xütbə söyləmişdir. Hacı İlqar xütbə zamanı Həzrət İmam Rzanın (ə) bir sıra önəmli buyuruşları ətrafında danışaraq, bu buyuruşların hər bir Əhli-beyt (ə) yolunun davamçısının yolunu aydınlatmalı olduğuna vurğu edib.
 
Tədbir "Əhli Beyt (ə) aşiqləri" dini yaracılıq qrupunun ifasında biri-birindən gözəl ilahilərin səsləndirilməsi ilə yekunlaşıb.
 
İçərişəhər "Cümə" məscidi dini icması İmam Rzanın (ə) mövludu münasibətilə keçirdiyi bayram tədbiri keçirdi

Google+ WhatsApp ok.ru