Əfqanıstanda Amerikanın hərbi bazasına qarşı raket hücumu

Maide.az-ın məlumatına görə, Talibanın sözçüsü Zəbiullah Mücahid açıqlama verərər bildirib ki, Taliban qüvvələri cümə axşamı gecə Amerikanın Əfqanıstanın Pərvan vilayətindəki Bəqram şəhərində yerləşən bazasını raket atəşlərinə tutublar.
 
Bu hücumun tələfatı barədə məlumat yayılmayıb.
 
Talibanın digər bir sözçüsü Qari Yusif isə qeyd edib ki, Əfqanıstan milli ordusunun iki ədəd tankını cümə axşamı gecə Hilmənd vilayətindəki Səngin məntəqəsinin bazarı yaxınlığında yerləşən "Qədim komandanlıq" məntəqəsində partladıblar.
 
Bu hücumda on nəfər öldürülüb.

Google+ WhatsApp ok.ru