Ərəbistan rejiminin Yəmənə hava hücumları davam edir

Maide.az-ın verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının qırıcı təyyarələri Yəmənin Səna, İb və Təiz vilayətlərinə hücumlar ediblər. 
 
Səudiyyə qüvvələri Sənada əl-Həfa və əl-Siyanə bazalarına ardıcıl hücumlardan əlavə, İb şəhərində əl-Ədin məntəqəsinin təhlükəsizlik idarəsi, eləcə də Sənada Yəmən televiziya binasını bombardman ediblər. 
 
Sədə vilayətinin bir sıra bölgələri də səudiyyəli təcavüzkar qüvvələrin arsenal və minaatanlarla hücumuna məruz qalıb və bu bölgələrin yaşayış massivləri dağınıtılara məruz qalıb.

Google+ WhatsApp ok.ru