Əməliyyat zamanı daha bir xəstə öldü

Saatlıda xəstə kor bağırsağından (appendiks) cərrahiyə əməliyyatı olunan zaman ölüb.
 
Saatlı rayonunun Musalı kənd sakini, 1977-ci il təvəllüdlü Məmmədov Yaşar Yusif oğlu bu gün saat 20.00 radələrində Saatlı rayon xəstəxanasında kor bağırsağından cərrahiyə əməliyyatı zamanı dünyasını dəyişib.
 
Yaşar Məmmədovun ölüm səbəbini aydınlaşdırmaq üçün meyit Sabirabad rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin eksperti tərəfindən müayinə olunub. apa /
 

Google+ WhatsApp ok.ru