Əl-Əzhər Universiteti 300 İŞİD-çi tələbəsini qovdu

Əl-Əzhər Universiteti 300 İŞİD-çi tələbəsini universitetdən qovub.  
Maide.az  xəbər verir ki, bu tələbələr İŞİD terror qruplaşması ilə  əlaqələri olduğuna görə universitetdən çıxarılıb. 
Əl-Əzhərin məlumatına görə,  İŞİD müxtəlif ölkələrdən təhsil üçün Əl-Əzhərə gələn tələbələrin şəbəkəsini yaratmaq istəyirmiş.  
Qeyd edək ki, Misirin təhlükəsizlik qüvvələri bundan öncə Əl-Əzhərdə təhsil alan 2 tacikistanlı tələbəni İŞİD-lə əlaqəsi olduğu üçün həbs edib. 
Məlumatda bildirilir ki, Əl-Əzhərin İxvanul-Muslimin qrupundan olan bəzi tələbələri universitetə təhsil üçün müraciət edən tələbələri Türkiyə vasitəsi ilə İŞİD-ə qoşulmağa dəvət edirlərmiş.  /
 
 

Google+ WhatsApp ok.ru