“Bəs deyirdilər 40 dəqiqəyə gedəcək?!”

Yenicə istifadəyə verilmiş Bakı-Sumqayıt sürət elektrik qatarının iki şəhər arasında məsafəni 40 dəqiqəyə qət edəcəyi deyilsə də, sərnişinlərin gözləntiləri özünü doğrultmayıb. Qatardan istifadə edən vətəndaşların verdiyi məlumata görə, Bakıdan dəmir yolu ilə Sumqayıta çatmaq üçün ən az 1 saat vaxt lazımdır. Bəzən isə bu müddət 1 saat 20 dəqiqəyə çatır. ““Bəs deyirdilər 40 dəqiqəyə gedəcək?!” formasında narazılığını bildirən sərnişinlər mövcud vəziyyəti qatarın bütün marşrut boyu normal sürətlə hərəkət etməməsi ilə əlaqələndirir.
Onların sözlərinə görə, Bakı-Sumqayıt qatarı yolun əksər yerlərində 20-40 km/saat sürətlə, nadir hallarda isə 80-100 km/sürətlə gedir. Son nəticədə isə paytaxtdan Sumqayıta və əks istiqamətdə vaxtında çatmaq olmur. Qatarın işçi heyəti vəziyyəti dəmir yolu xətlərinin köhnə olması ilə izah edir. Vaqon bələdçilərinin sözlərinə görə, hazırda yollarda təmir və yenidənqurma işləri gedir. Bu işlər başa çatandan sonra söz verildiyi kimi qatar 40 dəqiqəyə Bakıdan Sumqayıta hərəkət edəcək.
Sərnişinlərin daha bir narazılığı isə şənbə-bazar günləri bəzi reyslərin ləğv olunması ilə bağlıdır. Belə ki, qatarın hərəkət qrafikinə əsasən, axşam saatlarında 4 dəfə Sumqayıta reys olsa da, bunlardan yalnız 2-si yerinə yetirilir. Dəmir yolu işçiləri bunu sərnişin azlığı ilə izah edir. Odur ki, Bakıdan Sumqayıta qatar 16:00-da və 19:25-də yola düşür. 17:25 və 18:25 qatarları isə hərəkət etmir.fins.az /
 

Google+ WhatsApp ok.ru