“AXCP-nin qurultayına çağırılacaq qonaqların siyahısı hazırdır”

AXCP  sentyabrın 27-də keçiriləcək qurultayında partiyaya sədr seçkisinin olacağı da gözlənilir. AXCP-yə uzun müddətdir rəhbərlik edən Əli Kərimliyə rəqiblərin meydana çıxması partiyada birmənalı qarşılanmayıb. Bu barədə AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli məlumat verib və deyib ki, özünün sədrliyə namizəd olmaq istəməsi partiya daxilində xoş qarşılanmır.
 
Maide.az xəbər verir ki, məsələ ilə bağlı AXCP sədrinin müavini Fuad Qəhrəmanlı modern.az-a açıqlama verib. Fuad Qəhrəmanlı bildirib ki, AXCP demokratik partiyadır və istənilən partiya üzvü, o cümlədən də Sahib Kərimli təşkilatın sədrliyinə iddia edə bilər.
 
Partiya funksioneri AXCP-nin qurultayına dəvət olunacaq partiyalar barədə də danışıb. Onun sözlərinə görə artıq gələcək qonaqların siyahısı hazırdır:
 
“AXCP-nin qurultayına hansı partiyaların dəvət olunacağı məsələsinə gəldikdə isə deyə bilərəm ki, artıq dəvət olunacaq qonaqların siyahısı hazırlanıb. Qurultaya hazırlıq üzrə təşkilat komitəsində siyahı dəqiqləşdirilib və bu siyahı üzrə də dəvətlər göndəriləcək. Bu səbəbdən də qurultaya hansı partiyalar dəvət olunacaq bunu indidən demək mümkün deyil”.

Google+ WhatsApp ok.ru