“Facebook” bunu da edir – Kosmosa peyk göndərəcək

“Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq Afrikada internet olmayan yerlərin internetlə təmin olunması üçün kosmosa peyk göndərəcək.
Maide.az xəbər verir ki, hazırda bu məqsədlə Fransanın “Eutelsat” şirkəti ilə əməkdaşlıq aparılır.
Məlumata görə, “Facebook”un ilk peyki 2016-cı ildə göndəriləcək.
M.Zukerberq “Facebook”da yazdığı ststausunda bütün dünyada internet əlaqəsini təmin etmək üçün çalışmalara davam edəcəklərini söyləyib.
Amma Zukerberqin bu addımı bir çox texnologiya şirkəti tərəfindən etirazla qarşılanıb. Xüsusilə Hindistanın texnologiya şirkətləri bu addımın “Facebook” və şəriklərinə internet bazarında haqqsız üstünlük verdiyini hesab edir. /

Google+ WhatsApp ok.ru