Ənsarullah: Heçvaxt işğalla barışmarıq və işğalçı gec-tez Yəməndən qovulacaq

Yəmənin Ənsarullah hərəkatının rəsmi sözcüsü Məhəmməd Əbdüssalam Səudiyyə rejiminin Yəməni zəyiflətmək istədiyini bildirərək, deyib ki, Yəmən xalqı heçvaxt işğalla barışmayacaq və işğalçı gec-tez Yəməndən qovulacaq
Maide.az xəbər verir ki, M. Əbdüssalam qeyd edib ki,Məndə olan məlumatlara görə, bir düşmən freqatı Yəmən ordusu və xalq dəstələri tərəfindən açılan atəş nəticəsində qərq olub.
M.Əbdussalam çıxışının davamında, BƏƏ hərbiçilərinin Yəməndə məğlubiyyətə uğradığını diqqətə çatdıraraq deyib ki, BƏƏ Məreb bölgəsinin Safer rayonunda raket hücumundan sonra artıq öz muzdurlarına güvənmir.
Ənsarullah hərəkatının sözcüsü yəmənlilərin təcavüzkarlara qarşı rəşadətli müqavimət göstərdiyini söyləyərək Səud rejiminin Yəməni zəyiflətmək istədiyini bildirib. “Biz hesab ediriki, xarici xüsusi xidmət orqanları Əl-Qaidəni Yəməndə daha da fəallaşdırıb. Təcavüzkar qoşunlar Yəmənin cənubuna yerüstü hücumlar təşkil edir, lakin indiyədək işğalçı qüvvələr cənub bölgəyə hücumu ilə hər-hansı bir hədəfi reallaşdıra bilməyib.” /
 

 

Google+ WhatsApp ok.ru