Əfqanıstanda Taliban terror qruplaşmasına qarşı əməliyyatda 21 nəfər həlak olub

Əfqanıstanın qərbində ötən gecə Taliban terror qruplaşmasına qarşı keçirilən təmizləmə əməliyyatı nəticəsində 15 terrorçu və 6 təhlükəsizlik qüvvələrinin hərbçisi həlak olub.
Maide.az xəbər verir ki, Əfqanıstan rəsmiləri Qərbi Hərat vilayətinin bir hissəsinin Taliban terror qruplaşmasının üzvləri tərəfindən işğal edilməsini qeyd edərək, ötən gecəki silahlı qarşıdurma nəticəsində ümumilikdə  21 nəfərin həlak olduğunu bildiriblər.
Əfqanıstan DİN-nın sözcüsü Sədiq Sədiqi deyib ki, Ğeryan rayonunda gedən qarşıdurmalar nəticəsində 15 Taliban qruplaşmasının üzvi öldürülüb.
O, həmçinin ötən gecə İranla həmsərhəd ərazilərdə gedən silahlı toqquşmada  6 təhlükəsizlik qüvvələrənin əməkdaşının həlak olduğunu açıqlayıb." Taliban qruplaşma üzvləri bir neçə nəzarət-yoxlama postuna hücum edib, eləcədə bu bölgədəki bir sıra dövlət idarələrinə atəş açıblar. Lakin əfqan qüvvələrinin müdaxiləsi nəticəsində geri çəkilməyə məcbur olublar."
Helmənd vilayətinin cənubunda pərakəndə döyüşlər hələ də davam edir. /
 

Google+ WhatsApp ok.ru