“HİRRӘ” FACİSӘSİ

Yezid üç il doqquz aylıq hakimiyyətinin birinci ilindә “Aşura” faciəsini, üçüncü ilindә (63-cü hicri-qəməri ilində) “Hirrә” faciəsini törətdi və 4-cü ilində isə Kəbə evini yandırdı.

“Aşura” faciəsindən bir müddət sonra Mәdinә әhalisindәn bir qrup nümayəndə Yеzidi yахındаn görmәk vә оnun hədiyyələrindәn bәhrәlәnmәk üçün Şama yollandı. Lаkin nә düzgün tәrbiyәsi, nә tәdbir vә uzаqgörәnliyi оlаn, nә dә İslаmın zаhirinә әmәl еdәn Yеzid Mәdinә şәhәrinin nümаyәndәlәri qаrşısındа dа şәrаb içmәklə, qumar oynamaqla, it оynаtmаqlа vә şәriәtdәn kәnаr işlәr görmәklə mәşğul oldu. Onlar Mәdinәyә qayıdıb, şәhәr әhalisini Yezidin tutduğu yaramaz әmәllәrindәn, İslamazidd həyat tərzindən danışaraq dedilər: “Yеzid şәrаbiçәn, itоynаdаn və fаsiq bir аdаmdır. Bеlә bir şәхsin xәlifә olmağa lәyaqәti yoxdur!”

Nәhаyәt, Mәdinә әhalisi qiyam edib, Yezidin bu şәhәrdәki hakimi Osman ibn Mәhәmmәd ibn Әbu Süfyanı, elәcә dә, Mәrvan ibn Hәkәmi vә Əməvilər sülaləsindən olan digәr şәxslәri şәhәrdәn qovub, Abdullah ibn Hәnzәlә ilә beyәt etdi.

Bu xәbәr Yezidә çatdıqda, Mәdinә əhalisini cәzаlаndırmаq məqsədilə Müslim (yaxud Müsrif) ibn Üqbәnin başçılığı ilә böyük bir ordunu Şamdan Mәdinәyә yolladı. Müslim ibn Üqbә öz qoşunu ilә birlikdә Mәdinәnin yaxınlığında yerlәşәn “Hirrә” adlı mәntәqәyә çatdıqda, şәhәr әhalisi xәbәrdar olub onları dәf etmәk üçün hәmin mәntәqәyә doğru üz tutdular. Onların arasında ağır döyüş başlandı vә Mәdinә әhalisindәn bir çoxu qәtlә yetirildi. Mәdinә әhalisi bu ağır döyüşdә müqavimәt göstәrә bilmәyib, geri döndü vә Peyğәmbәrin (s) mәscidinә sığındı.

Müslimin dә ordusu Mәdinәyә yürüş edib, hәyasızcasına vә süvari halda Peyğәmbәr (s) mәscidinә daxil oldu, müqәddәs hәrәmdә kütləvi qırğınlara əl atdı. Mәscid qızıl qana boyandı. Yezidin göndərdiyi оrdu hеç bir çirkinlikdәn çәkinmәdi; nә qәdәr dindаr, tәqvаlı vә mömin insanlar qırıldı, nә qәdәr hörmәtsizliklәr оldu, nә qәdәr qаdın vә qızlаr bu vәhşi оrdunun tәcаvüzünә mәruz qаldılаr. Müslim və ordusu belә çirkin işlәr törәtmәklә, Mədinə əhalisini Yezidә beyәtә dәvәt edirdi. Beyәtdәn boyun qaçıranı öldürürdü.

Bir sözlә, hәm şiә, hәm dә sünni kitablarında qeyd olunan “Hirrә” faciəsi 63-cü hicri-qəməri ilində, Yezidin ölümündәn bir neçə ay qabaq baş verdi.

Bu faciədən sonra Müslim ibn Üqbә, Yezidin әmri ilә Mәdinәdәn çıxıb, Abdullah ibn Zübeyri mәğlub etmәk üçün Mәkkәyә yollandı. Abdullah ibn Zübeyr, Müaviyәnin ölümündәn sonra Yezidә beyәt etmәmiş, Məkkənin rəhbərliyini ələ keçirmiş vә camaatı özünә beyәtә dәvәt etmişdi. Müslim isә Mәkkә yolunda – “Qәdid” adlı mәntәqәdә öldü. Ondan sonra Hәsin ibn Nümeyr qoşunun başçılığını öhdәsinә alıb, Mәkkәni mühasirәyә aldı. Mәkkә dağlarından Kәbә evini nәzarәt altında saxladı. Onun ordusu pambıq vә kәtandan hazırlanmış parçalara neft töküb yandırır vә mancanaqla Kәbәyә atırdılar. Nәticәdә, Kəbə yandı və binanın divarları uçdu.

Bu hadisә 64-cü ilin Rәbiül-әvvәl ayının 3-dә, Yezidin ölümünә on bir gün qalmış baş verdi. Yezidin göndәrdiyi ordunun çirkin әmәllәri nәticәsindә, Mәkkә әhalisi ağır işkәncәlәr vә әzab-әziyyәtlәrә mәruz qaldı. Yezidin ölüm xәbәri Mәkkәyә çatdıqda, Hәsin ibn Nümeyr öz ordusu ilə birlikdә Şama qayıtdı vә Mәkkә әhalisi onun və ordusunun şәrindәn nicat tapdı. (“Tətimmətül-müntəha”, Şeyx Abbas Qummi.)

Rza Şükürlü

 

Google+ WhatsApp ok.ru