Ən çox satılan maşının adı açıqlandı

Yaponiyanın avtomobil nəhəngi "Toyota" avtomobil bazarında ən çox satılan ünvana sahib olub.
 
Yaponiyanın avtomobil nəhəngi "Toyota" avtomobil bazarında ən çox satılan ünvana sahib olub. ANS-in məlumatına görə, şirkət rəhbərliyi 9 ay ərzində satılan avtomobillərin siyahısını açıqlayıb. Şirkət 2015-ci ilin ilk 3 rübündə 7.5 milyon ədəd avtomobil satıb. Bununla "Toyota" Almaniyanın "Volksvagen" və Amerikanın "Ceneral Motors" şirkətlərini geridə qoyub. Sonuncular 9 ay ərzində, müvafiq olaraq, 7.43 milyon və 7.2 milyon avtomobil sata biliblər.
 
Bir müddət əvvəl "Volksvagen" şirkəti ekoloji baxımdan standarta uyğunluq yaratmaq məqsədilə avtomobillərə xüsusi aldadıcı proqram yerləşdirmişdi. Şirkətin bu addımı Avropada və dünya bazarlarında skandala səbəb olmuşdu. Şirkət daha sonra milyonlarla avtomobilini geri çağırmaq məcburiyyətində qaldı. Bu hadisə şirkətin satışlarının aşağı düşməsinə səbəb olan əsas amillərdən biri kimi göstərilir.
 
"Toyota" 2008-ci ildən Amerikanın "Ceneral Motors" şirkəti ilə də rəqabətdə irəlidə gedirdi. Təkcə 2011-ci ildə şirkətin satış miqdarı aşağı düşmüşdü. Buna səbəb isə, Yaponiyada baş vermiş sunami fəlakəti olmuşdu.

Google+ WhatsApp ok.ru